logo

Sabah paytaxtda küləyin sürəti 35 metr/saniyəyə çatacaq

17:20 01-11-2019 | icon 2261
Sabah paytaxtda küləyin sürəti 35 metr/saniyəyə çatacaq

Sabah Abşeron yarımadasında güclü külək əsəcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 2-si gündüzdən 3-ü səhərədək şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30 metr/saniyə təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində arabir 32-35 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Fasilələrlə yağış yağacaq.