logo

Böyük Britaniya  növbədənkənar parlament seçkilərinə gedir

11:30 30-10-2019 | icon 2702
Böyük Britaniya  növbədənkənar parlament seçkilərinə gedir

Böyük Britaniya Parlamentinin İcmalar Palatası dekabrın 12-də növbədənkənar seçkilərin keçirilməsinə razılıq verib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, qərarın lehinə 438, əleyhinə isə 20 deputat səs verib.

İcmalar Palatasının qəbul etdiyi qanun layihəsi Lordlar Palatası tərəfindən də təsdiqlənməlidir.

Əgər Lordlar Palatası qanun layihəsini təsdiqləyərsə, noyabrın 6-da parlament ləğv ediləcək və səsvermə gününə qədər beş həftəlik seçki kampaniyasına başlanılacaq.

Belə olan halda, ingilislər 1923-cü ildən bəri ilk dəfə Milad bayramı ərəfəsində səsverməyə gedəcəklər.