logo

Ərdoğan: “Sülh çeşməsi” əməliyyatı başlayandan 775 terrorçu zərərsizləşdirilib

14:48 22-10-2019 | icon 2464
Ərdoğan: “Sülh çeşməsi” əməliyyatı başlayandan 775 terrorçu zərərsizləşdirilib

Suriyada aparılan “Sülh çeşməsi” əməliyyatının başladığı gündən indiyədək 775 terrorçu zərərsizləşdirilib. Əməliyyatlar nəticəsində Suriyanın 2200 kvadrat kilometrlik ərazisi terrorçulardan təmizlənib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərindən əvvəl Ankaranın "Esenboğa" hava limanında açıqlamasında yer alıb.

Türkiyə prezidenti vədlərə əməl olunmazsa, 120 saatlıq müddət bitdikdən sonra hərbi əməliyyatların daha qətiyyətlə davam etdiriləcəyini bəyan edib. Bildirib ki, əməliyyatlar zamanı Türk Silahlı Qüvvələrinin 7, Suriya Milli Ordusunun 79 əsgərinin şəhid olduğunu, 20 mülki vətəndaşın öldürüldüyünü bildirib.

Rəcəb Tayyib Ərdoğan, həmçinin, Türkiyə ilə Rusiyanın terrorla mübarizədə müttəfiq olduqlarını bir daha bəyan edib.

Prezident səfər zamanı bölgədə mövcud terror təşkilatlarının zərərsizləşdirilməsi məsələsinin müzakirə olunacağını deyib. O, 120 saatlıq müddətin uzadılması ilə bağlı məlumatların yalan olduğunu bildirib.