Bakıda “Çin təqvimi üzrə Yeni il” sərgisi açılıb
Fevralın 14-də Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr” layihəsi çərçivəsində “Çin təqvimi üzrə Yeni il” adlı sərgi açılıb. YeniAvropa xəbər verir ki, sərgi Azərbaycan Xalça Muzeyi və Çinin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə təşkil olunub. Muzeyin direktoru Şirin Məlikova bildirib ki, sərgi iki ölkənin muzeyləri arasında əməkdaşlığın qurulmasına təkan verəcək. Bəşəriyyətə mühüm kəşflər bəxş etmiş Çin sivilizasiyası dünya incəsənətinə böyük təsir göstərib. “Bugünkü sərginin əsas mövzusu Çin təqvimi ilə bu ili rəmzləşdirən it obrazıdır. Hər iki xalqın mədəniyyətində it obrazı insanı pis ruhlardan qoruyan müdafiəçi mənasını daşıyır”, - deyə muzeyin direktoru bildirib.
Qeyd olunub ki, muzeyin əməkdaşları Azərbaycan xalçalarında rast gəlinən it ornamental motivlərindən ibarət maraqlı videoanimasiya hazırlayıblar. Sərgidə Çin səfirliyi tərəfindən təqdim olunan videoçarxlarda bu ölkənin mədəniyyəti, incəsənəti, eləcə də adət-ənənələri təsvir edilir.
Tədbirdə Çinin ölkəmizdəki səfiri Vey Cinxua sərginin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, Çin təqviminə əsasən, 2018-ci ilin fevralında it ili qədəm qoyur. Buna görə də layihə çərçivəsində təşkil olunan sərgi bu heyvanın təsvir olunduğu eksponatları əhatə edir. Sərgidə təqdim olunmuş xalçaların bir neçəsi muzeyin fondundan ilk dəfədir çıxarılır.
İt təsvirləri dünya incəsənətinin ənənəvi elementlərindəndir, onların məna yükü isə müxtəlif dövrlərdə və bir çox xalqların incəsənətində totemdən sırf məişətə qədər dəyişir. “Belə bir sərginin açılışında iştirak etməkdən məmnunam. Bir neçə gün sonra Çin xalqı it ilini qarşılayacaq. Xoşbəxtlik, uğur və ümid ifadə edən Çin Yeni ili bütün xalqı bir araya gətirir. Novruz bayramı azərbaycanlılara əziz olduğu kimi, bu bayram da Çin xalqına əzizdir. Bütün münasibətlər xalqlar arasında olan əlaqələr müstəvisində inkişaf edir. Bu sərgi iki ölkə arasında mədəni əlaqələri daha da inkişaf etdirəcək, möhkəmləndirəcək”, - deyə diplomat qeyd edib.
Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Fikrət Babayev belə bir layihənin Xalça Muzeyində reallaşdırılmasını yüksək qiymətləndirib, bu işdə hər kəsə təşəkkürünü bildirib.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi fevralın 28-dək davam edəcək.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır