logo

Türkiyənin Suriya ilə sərhəd bölgələrindəki məktəblər daha beş gün tətilə buraxılıb

10:52 21-10-2019 | icon 2464
Türkiyənin Suriya ilə sərhəd bölgələrindəki məktəblər daha beş gün tətilə buraxılıb

Türkiyənin Şırnak və Mardin vilayətlərinin rayon, qəsəbə və kəndləri də daxil olmaqla 201 məktəbdə beş gün tətil elan olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Şanlı Urfa vilayətinin Suriya ilə sərhədində yerləşən bütün, eləcə də Suruç və Birecik rayonlarındakı bəzi məktəblərdə oktyabrın 9-dan mövcud olan tətil daha beş gün uzadılıb. Bu tədbir Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatı ilə bağlıdır.

Xatırladaq ki, Suriya ərazisindəki terror qruplaşmaları sərhəd bölgəsində yerləşən Türkiyənin yaşayış məntəqələrini davamlı olaraq raket atəşinə tuturlar. Oktyabrın 17-də Türkiyə tərəfə PKK və YPG terrorçularının Fərat çayının şərq bölgəsini tərk etməsi şərti ilə “Sülh çeşməsi” antiterror əməliyyatı müvəqqəti dayandırsalar da, terrorçular ötən 3 gündə 22 dəfə müxtəlif istiqamətlərdə atəş açıblar. Oktyabrın 22-də PKK və YPG terrorçularına bölgəni tərk etmək üçün verilən 120 saat vaxt başa çatır.