logo

Azərbaycan-Namibiya diplomatik münasibətlərin yaradılmasına dair Birgə Kommunike imzalanıb

13:31 18-10-2019 | icon 378
Azərbaycan-Namibiya diplomatik münasibətlərin yaradılmasına dair Birgə Kommunike imzalanıb

Oktaybrın 17 - də Namibiyanın Efiopiyanın Əddis-Əbəbə şəhərindəki səfirliyində “Azərbaycan Respublikası ilə Namibiya Respublikası arasında diplomatik münasibətlərin yaradılmasına dair Birgə Kommunike” imzalanıb. Sənədi Azərbaycan tərəfindən səfir Elman Abdullayev, Namibiya tərəfindən isə səfir Emilia Mkusa imzalayıb.

Azərbaycanın Efiopiyadakı səfirliyindən YeniAvropa-ya bildiriblər ki, mərasim zamanı çıxış edən səfir Elman Abdullayev Azərbaycanın Afrika ölkələri ilə ikitərəfli, eləcə də çoxtərəfli əsasda əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini diqqətə çatdıraraq, Namibiyanın Afrikanın inkişaf etmiş dövlətlərindən biri olduğunu deyib.

Namibiya səfiri Emilia Mkusa isə çıxışında ölkəmizin uğurlu inkişaf yolunu yüksək qiymətləndirərək, Azərbaycanın Afrika ölkələrinin etibarlı tərəfdaşı olduğunu xüsusi vurğulayıb.

Qeyd edilib ki, Saziş imzalandıqdan sonra Azərbaycan Respublikasının diplomatik münasibətlər qurduğu Afrika ölkələrinin sayı 51-ə çatıb.