logo

Azərbaycan-Belarus ticarət dövriyyəsi 146 milyon dollar təşkil edib

09:58 17-10-2019 | icon 2345
Azərbaycan-Belarus ticarət dövriyyəsi 146 milyon dollar təşkil edib

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 145,3 milyon ABŞ dolları olub.

YeniAvropa xəbər verir  ki, bu barədə Belarus Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, hesabat dövründə Azərbaycana Belarusdan idxal 129 milyon 821 min dollar, Azərbaycandan Belarusa ixracın həcmi isə 15 milyon 514 min dollar təşkil edib.

Qeyd edək ki, ötən il Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon dollara yaxın olub ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən təxminən 56 milyon dollar çoxdur.