logo

Messi altıncı dəfə “Qızıl buts” mükafatına sahib oldu

19:47 16-10-2019 | icon 2947
Messi altıncı dəfə “Qızıl buts” mükafatına sahib oldu

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messiyə altıncı dəfə “Qızıl buts” mükafatı təqdim olunub.

 YeniAvropa xəbər verir  ki, 32 yaşlı hücumçu bu mükafata La Liqanın 2018-2019-cu il mövsümündə vurduğu 36 qola görə layiq görülüb. Hücumçu qeyd edilən nominasiyada “Paris Sen Jermen”in hücumçusu Kilian Mbappeni qabaqlayıb. K.Mbappe ötən mövsüm Fransa çempionatında 33 qolla yadda qalıb.

Qeyd edək ki, Messi karyerası ərzində bu mükafatı 6 dəfə qazanmağı bacaran yeganə oyunçudur.