logo

Elmar Məmmədyarov erməni həmkarı ilə Bratislavada görüşəcək

13:20 16-10-2019 | icon 2387
Elmar Məmmədyarov erməni həmkarı ilə Bratislavada görüşəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun  ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla növbəti görüşü Slavakiyanın paytaxtı Bratislava şəhərində ATƏT-in Nazirlər Şurası çərçivəsində baş tuta bilər. 

YeniAvropa  erməni mətbuatına istinadla xəbər verir  ki, bu fikri ATƏT-in Minsk qrupunsda Rusiyadan olan həmsədri İqor Popov oktyabrın 16-da Xankəndidə, separatçı rejimin başçısı  Bako Saakyanla danışıqlardan sonra jurnalistlərə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, həmsədrlərdə yeni idealar yaranıb və onu tərəflərlə bölüşəcəklər. 

"İki ölkənin xarici işlər nazirləri arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən Nyu-York görüşündən sonra  yeni ideyalar yaranıb.Bu daha çox humanitar sahə ilə əlaqədardır. Söhbət jurnalistlərin mübadiləsi-iki ölkəyə qarşılıqlı səfərləri , eləcə də  Dağlıq Qarabağ və Azərbaycanda həbsdə olan şəxslərin saxlanma şəraitlərinin yaxşılaşdırılmasından gedir.  Bizim "üçlük" bu yaxınlarda Cenevrədə olarkən Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Peter Maurer ilə bu barədə söhbət etmişik.Bu kimi bir sıra ideyalarımızı tərəflərə təqdim edəcəyik",- deyə İqop Popov vurğulayıb. 

Xatırladaq ki, ATƏT-ə sədrlik Slavakiyaya keçib.