logo

İndiyədək 36 min sahibkara 1,4 milyard dollar güzəştli kredit ayırıb

11:53 16-10-2019 | icon 2408
İndiyədək 36 min sahibkara 1,4 milyard dollar güzəştli kredit ayırıb

Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək 36 min sahibkara 1,4 milyard ABŞ dolları həcmində güzəştli kredit ayrılıb.

YeniAvropa xəbər verir  ki, bu sözləri prezident İlham Əliyev oktyabrın 15-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, 2017-ci ildə Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasında əsas məqsəd kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməkdir.

Ölkə daxilində və xaricində geniş fəaliyyət imkanlarına malik güclü sahibkarlar sinfinin formalaşdığını deyən prezident İlham Əliyev qeyd edib ki, 2018-ci ildə özəl sektorun ölkəmizin ümumi daxili məhsulunda payı 85 faiz təşkil edib.