logo

Bu gün bəzi rayonlarda qaz olmayacaq

10:30 15-10-2019 | icon 2282
Bu gün bəzi rayonlarda qaz olmayacaq

Oktyabrın 15-də saat 09:00-dan 18:00-dək Biləsuvar rayonunun mərkəzi və bir neçə yaşayış sahəsində qaz təminatında fasilə yaranacaq.Bu zaman orta təzyiqli qaz xətti üzərində quraşdırma, əvəzlənmə və qaz sızmalarının ləğvi işləri aparılacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumatda bildirilir ki, bu gün həmçinin Goranboy rayonu, Dəliməmmədli şəhərinin Səməd Vurğun küçəsində yeni çəkilmiş qaz xəttinin mənbəyə birləşdirilməsi ilə bağlı rayonun bir neçə kənd və qəsəbəsində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Bu hal paytaxtda da müşahidə ediləcək. Belə ki, saat 10:00-dan etibarən isə Suraxanı rayonu, Yeni Suraxanı və Bülbülə qəsəbələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması üçün qeyd edilən ərazilərdə qaz təminatında fasilələr olacaq.