logo

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gəlib

16:29 14-10-2019 | icon 2268
Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gəlib

Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycana səfərə gəlib.

 YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğızıstan prezidenti Sooronbay Jeenbekovu hava limanında baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.