logo

Türkiyə ilə Ukrayna arasında diplomatik qalmaqal

21:15 13-10-2019 | icon 2352
Türkiyə ilə Ukrayna arasında diplomatik qalmaqal

Türkiyə və Ukrayna arasında diplomatik qalmaqal yaşanır.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, ilk dəfə olaraq Rusiya Dövlət Dumasının Krımdan olan deputatları Türkiyədə rəsmi səviyyədə qəbul edilib. Prezident Ərdoğanın qəbul etdiyi Rusiya nümayəndə heyətinin tərkibində Krımdan seçilmiş Natalya Poklonskaya  və Ruslan Balbek də olub.

Bundan sonra Türkiyənin Kiyevdəki səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb və etiraz notası təqdim edilib.