logo

ABŞ minədək hərbçisini Suriyadan çıxarmağa başlayıb

19:29 13-10-2019 | icon 2485
ABŞ minədək hərbçisini Suriyadan çıxarmağa başlayıb

ABŞ minə qədər hərbçisini Suriyadan çıxarmağa başlayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə ABŞ-ın müdafiə naziri Mark Esper "CBS" telekanalına müsahibəsində deyib.

O bildirib ki, Türkiyə əməliyyatları cənub və qərb istiqamətində genişləndirmək niyyətindədir. Buna görə də, ABŞ prezidenti Donald Tramp qoşunları Suriyanın şimalından çıxarmaqla bağlı qərar verib. Söhbət 1000 ABŞ hərbçisindən gedir.

xatırladaq ki, Türkiyə ordusu və müxalif Suriya Milli Ordusu oktyabrın 9-da Suriyanın şimalında YPG/PKK terrorçularına qarış “Barış çeşməsi” əməliyyatına başlayıb. İndiyədək 42 kənd terrorçulardan azad edilib.