logo

Paytaxtda küləyin sürəti saniyədə 20 metrədək güclənib

15:55 09-10-2019 | icon 2968
Paytaxtda küləyin sürəti saniyədə 20 metrədək güclənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, oktyabrın 9-da şimal-qərb küləyinin sürəti arabir Naftalanda 28, Daşkəsəndə 25, Tərtərdə 22, Xınalıq, Bakı, Ələtdə 20, Neft Daşlarında 18, Pirallahıda 17, Gədəbəydə 15 metr/saniyəyədək güclənib.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa -ya bildiriblər ki, Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb.