logo

Aqrar-sənaye kompleksi üzrə Azərbaycan-Rusiya əməkdaşlıq Proqramı imzalanacaq

21:17 05-10-2019 | icon 259
Aqrar-sənaye kompleksi üzrə Azərbaycan-Rusiya əməkdaşlıq Proqramı imzalanacaq

İlin sonunadək Azərbaycan və Rusiya arasında 2020-2022-ci illər üçün aqrar-sənaye kompleksi üzrə əməkdaşlıq Proqramının imzalanması nəzərdə tutulur.

YeniAvropa xəbər verir  ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev KİV-ə müsahibəsində deyib.

Nazir qeyd edib ki, Azərbaycanla Rusiyanın iqtisadi əməkdaşlığında kənd təsərrüfatı önəmli yer tutur. 

“Rusiya kənd təsərrüfatı və emal məhsullarımızın əsas alıcısıdır. Ötən il qonşu ölkəyə 560 min tondan çox məhsul ixrac olunub. Bununla yanaşı, Rusiya şirkətləri Azərbaycana kənd təsərrüfatı texnikası ixrac edir. Son illərdə Rusiyadan 900-ə yaxın müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası, 650 min tondan çox mineral gübrələr alınıb. Yeri gəlmişkən, bu ilin sonunadək keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində Azərbaycan və Rusiya arasında 2020-2022-ci illər üçün aqrar-sənaye kompleksi üzrə əməkdaşlıq Proqramının imzalanması planlaşdırılır”,-deyə Şahin Mustafayev vurğulayıb.