logo

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaranmasından 10 il ötür

12:10 03-10-2019 | icon 2191
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaranmasından 10 il ötür

Oktyabrın 3-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının 10 illiyinə həsr olunan tədbir keçirilib.

YeniAvropa xəbər verir  ki, tədbirdə çıxış edən türkoloq Güllü Yoloğlu 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində təşkil olunan türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündən söz açıb. Bildirilib ki, görüşdə imzalanmış Naxçıvan Sazişinə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Şurası və Türk Birliyi yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə həmin təşkilatların təsisçi üzvləridir. Bu yaxınlarda Özbəkistan da Sazişə qoşulub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsas fəaliyyət məqsədləri və vəzifələri məhz Naxçıvan Sazişi ilə müəyyən edilir.

Diqqətə çatdırılıb ki, şura təsis olunduqdan sonra zirvə görüşləri “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşləri” adı altında Almatı, Bişkek, Nur-Sultan, Bodrum və Qəbələ şəhərlərində keçirilib. Növbəti zirvə görüşünün də Azərbaycanda keçirilməsi qərara alınıb. Bugünkü tədbir də həmin görüşün 10 illiyinə həsr olunub.

Tədbirdə Dünya Türkologiya Mərkəzinin yaradılması elan olunub və ictimai birliyin Nizamnaməsi təqdim edilib.

Çıxış edənlər türk dünyasının birliyindən söz açıb, yeni yaradılan Dünya Türkologiya Mərkəzinin fəaliyyətinə uğurlar arzulayıblar.