logo

Türkiyədə son zəlzələdən sonra afterşoklar davam edir

21:39 28-09-2019 | icon 2933
Türkiyədə son zəlzələdən sonra afterşoklar davam edir

Türkiyənin Marmara bölgəsində sentyabrın 26-da baş vermiş son zəlzələdən sonra afterşoklar davam edir.

 YeniAvropa  xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən məlumatda Marmara dənizində 3.8 bal gücündə daha bir yeraltı təkan qeydə alınıb.

Yerli vaxtla saat 14.03-də qeydə alınmış zəlzələ hiss olunmayıb.

Afterşokların davam edəcəyi gözlənilir.