Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti görüşü oktyabrda Tbilisidə keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov və David Zalkalianinin BMT-nin Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirdikləri görüşdə razılıq əldə olunub.
Görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığının inkişaf perspektivləri, regional məsələlər, o cümlədə irimiqyaslı regional layihələr müzakirə ediləcək.
Məlumat üçün qeyd edək ki, hər üç ölkənin xarici işlər nazirləri arasında sonuncu görüş 2018-ci il oktyabrın 29-da İstanbulda keçirilib.
Məlumata görə, növbəti üçtərəfli görüş oktyabrın 16-na nəzərdə tutulub.