Daşkənddə Azərbaycan kinosu günlərinin açılış mərasimi olub
Daşkənddə Azərbaycan kinosu günlərinin təntənəli açlş mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, çılış mərasimində Özbəkistanın ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, diplomatlar, kino sahəsinin mütəxəssisləri, Daşkənddə yerləşən ali məktəblərin tələbələri, yerli azərbaycanlılar və jurnalistlər iştirak ediblər.
Tədbirdə Azərbaycanın Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin baş məsləhətçisi, əməkdar mədəniyyət işçisi Almaz Sultanzadənin rəhbərliyi ilə kino sahəsinin tanınmış mütəxəssisləri də iştirak edir.
“Özbəkkino” Milli Agentliyinin baş direktoru Firdavs Abduxalikov çıxış edərək hələ keçmiş SSRİ dövründə Azərbaycan və Özbəkistan kinematoqrafçılar arasında olan sıx əlaqələrdən, hazırda bu əməkdaşlığın dirçəldilməsi istiqamətində görülən işlərdən danışıb.
Almaz Sultanzadə kino sahəsində əlaqələrimizin daha da inkişaf etdirilməsinin zəruriliyindən söz açaraq deyib ki, Daşkənd, Səmərqənd və Almalık şəhərlərində kino günləri çərçivəsində Azərbaycan və Özbəkistan kinematoqrafçılarının görüşləri keçiriləcək, ustad dərsləri təşkil olunacaq.
Ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əlaqələrin durmadan inkişaf etdiyini bildirib. Səfir söyləyib ki, Azərbaycan müntəzəm olaraq Özbəkistanda keçirilən müxtəlif mədəni tədbirlərdə fəal iştirak edir və həmişə də yüksək nailiyyətlər qazanır. H. Quliyev mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Milli Məclisin deputatı Qənirə Paşayeva iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğuna toxunaraq qardaş Özbəkistanla əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində böyük layihələrin həyata keçirilməsindən bəhs edib. O, belə mədəni tədbirlərin həm Özbəkistanda, həm də Azərbaycanda reallaşamasının vacibliyini söyləyib.
Azərbaycanın əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev və rejissor Mirbala Səlimli ölkələrimiz arasında keçmiş SSRİ dövründə yaradılan əlaqələrin bərpa olunması, kinematoqrafiya sahəsində həyata keçiriləcək layihələrdən danışıblar.
Azərbaycan kinosu günlərində rejissor Mirbala Səlimlinin “Qırmızı bağ”, İlqar Nəcəfin “Nar bağı”, Şamil Əliyevin “Çölçü”, Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” tammetrajlı bədii, Natalya Zavoznenkonun “Bakı əsrlərin aynasında”, Adil Azayın “Xəlvətdə qalmış müdrik” və Valentina Qurkalenkonun “Hüseyn Xan Naxçıvanski. Qayıdış” tammetrajlı sənədli filmləri nümayiş etdiriləcək.
Tədbir çərçivəsində AMM-nin “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib, Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmi nümayiş olunub.
Qeyd edək ki, Azərbaycan kinosu günləri Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) birgə təşkilatçılığı ilə keçirilir.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır