logo

İlham Əliyev Qaxın icra başçısını ordenlə təltif etdi

13:59 21-09-2019 | icon 2254
İlham Əliyev Qaxın icra başçısını ordenlə təltif etdi

Prezident İlham Əliyev sentyabrın 21-də Musa Şəkiliyevin təltif edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:"Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Şaban oğlu Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, sentyabrın 23-də Musa Şəkiliyevin 60 yaşı tamam olur. O, 2010-cu ildən indiyədək Qax rayon icra hakimiyyətinini başçısı vəzifəsində çalışır. Musa Şəkiliyev təqribən 30 il- 1981-ci ildən 2010-cu ilədək meşə təssərrüfatı sahəsində müxtəlif vəzifələrdə çalışıb.