logo

Çin Azərbaycanla əməkdaşlığa böyük önəm verir

20:17 20-09-2019 | icon 2436
Çin Azərbaycanla əməkdaşlığa böyük önəm verir

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin nümayəndə heyətinin Azərbaycana səfəri məhsuldar oldu. Keçirilən görüşlərdə Azərbaycan-Çin əlaqələrinin inkişafına dair səmərəli müzakirələr aparıldı.

 YeniAvropa xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Ümumçin Xalq Nümayəndələri Yığıncağının Xarici məsələlər üzrə komitəsinin sədri Zhang Yesui bildirib. O qeyd edib ki, Çin Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Rəsmi Pekin Azərbaycanı önəmli tərəfdaş hesab edir. Əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Hər iki ölkə bir sıra mühüm layihələrin həyata keçirilməsində əməkdaşlıq edir.

Zhang Yesui ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın da yüksək səviyyədə olduğunu vurğulayıb.