logo

Bəzi rayonlarda bu gün qaz olmayacaq

11:49 20-09-2019 | icon 2702
Bəzi rayonlarda bu gün qaz olmayacaq

Orta təzyiqli qaz xəttində aşkar olunmuş sızmaların ləğv edilməsi ilə əlaqədar sentyabrın 20-də saat 09:00-dan etibarən işlər başa çatanadək Ağdaş şəhəri və Ləki qəsəbəsində qaz təchizatında fasilə olacaq. Eyni səbəbdən saat 10:00-dan 18:00-dək İmişli rayonunun bir neçə qəsəbə və kəndində də qaz təchizatı dayandırılıb.

YeniAvropa xəbər verir  ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı həmçinin, Sumqayıt şəhərinin bir hissəsini təbii qazla təmin edən diametri 530 millimetrlik orta təzyiqli qaz xəttində təmir-bərpa işlərinə başlanılıb. Saat 10:00-dan etibarən işlər başa çatanadək Sumqayıt şəhərində bir qrup abonentin qaz təchizatında fasilə olacaq.

Bundan başqa, “Qaz İxrac” İdarəsinin balansında olan kəmərlərdə də quraşdırma işləri görüləcək. Saat 09:00-dan 18:00-dək Neftçala rayonunun bir neçə kəndində, saat 10:00-dan isə İsmayıllı rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.