logo

Daşkənddə Türk Şurası çərçivəsində biznes forum keçiriləcək

13:49 19-09-2019 | icon 2681
Daşkənddə Türk Şurası çərçivəsində biznes forum keçiriləcək

Oktyabrın əvvəlində Daşkənddə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin iştirakı ilə biznes forum keçiriləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin əməkdaşı Cahangir Xudayxocayev məlumat verib. Onun sözlərinə görə, Özbəkistan Ticarət-Sənaye Palatası ilə birgə keçiriləcək biznes forumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan nümayəndələri iştirak edəcək.

Xatırladırıq ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev sentyabrın 14-də ölkəsinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvlüyü ilə bağlı parlamentin parafladığı Qanunu imzalayıb