logo

Ana və oğul Araz çayına atılaraq  intihar etmək istədilər

13:08 19-09-2019 | icon 2359
Ana və oğul Araz çayına atılaraq  intihar etmək istədilər

Sentyabrın 18-də saat 11 radələrində Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində rayon sakini olan qadın oğlu ilə özlərini çaya atmağa cəhd göstəriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, həmin ərazidə xidmət aparan İmişli rayon Mühafizə Bölməsinin əməkdaşları bu cəhdin qarşını alıblar.

Onlar İmişli rayon Polis Şöbəsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.