logo

Səfirlik  Dağlıq Qarabağın erməni  komandasının Tehranda idman yarışında iştirakını təkzib edir

13:42 18-09-2019 | icon 1995
Səfirlik  Dağlıq Qarabağın erməni  komandasının Tehranda idman yarışında iştirakını təkzib edir

İran İslam Respublikasının(İİR) Azərbaycan Respublikasındakı səfirliyi bildirir ki, Dağlıq Qarabağdan hər hansı bir komandanın Tehranda erməni idman olimpiadasında iştirakı ilə bağlı yayılan xəbərlər tamamilə əsassızdır.

 YeniAvropa xəbər verir  ki, bu barədə İİR-in Azərbaycandakısəfirliyinin yaydığı bəyanatda qeyd edilir. 

"Səfirliyin İran İslam Respublikasının rəsmi idman orqanlarından aldığı xəbərə əsasən, Dağlıq Qarabağdan hər hansı bir komandanın bu idman olimpiadasında iştirakı üçün heç bir icazə verilməmişdir. Həmçinin bildirilir ki, bu olimpiada qeyri siyasi xarakter daşıyır və ondan siyasi məqsədlər üçün istifadə edilməsinə yol verilməyəcək. Səfirlik bir daha vurğulayır ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi ilk və ağır günlərində həmişə qardaş Azərbaycan dövlətinin və millətinin yanında olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməklə bu siyasətini dəyişməyəcəkdir. İran və Azərbaycan dostluğu əbədidir və həqiqətə uyğun olmayan xəbər və şayiələr iki millətin dost və qardaşlığına xələl gətirə bilməz",-deyə bəyanatda vurğulanır.

Xatırladaq ki, mətbuatda Tehranda keçirilən erməni idman olimpiadasında Dağlıq Qarabağdan olan komandanın da ştirak ediyinə dair məlumatlar yer alıb.