logo

Belarus-Azərbaycan ticarət dövriyyəsi 130 milyon dolları ötüb

11:48 18-09-2019 | icon 2660
Belarus-Azərbaycan ticarət dövriyyəsi 130 milyon dolları ötüb

Cari ilin yanvar-avqust aylarında Azərbaycan və Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 130 milyon ABŞ dollarını ötüb.

YeniAvropa xəbər verir  ki, bu barədə Belarus Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, hesabat dövründə Belarusdan Azərbaycana ixracın həcmi 117 milyon 865 min dollar, ölkəmizdən Belarusa ixracın həcmi isə 13 milyon 738 min dollar olub.

Qeyd edək ki, ötən il Azərbaycanla Belarusun idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon dollara yaxın olub ki, bu da 2017-ci ilin göstəricisindən təxminən 56 milyon dollar çoxdur.