Cari ilin 7 ayında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 23 faiz artıb. Ölkəmiz Rusiyanın əsas ticarət tərəfdaşlarındandır.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumaat verib.
Nazir iki ölkənin ticarət əlaqələrinin daha da genişləndirilməsi potensialının böyük olduğunu bildirib: “Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biri ticarət əlaqələridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və qeyri-neft məhsullarının ixracına görə birinci yeri tutur”.