logo

Neftçalada iki çobanı ildırım vurub

19:55 10-09-2019 | icon 203
Neftçalada iki çobanı ildırım vurub

Neftçalada 2 nəfəri ildırım vurub.

YeniAvropa xəbər verir  ki, bu barədə rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, hadisə rayonun Tatarməhlə kəndi ərazisində qeydə alınıb. Otlaq ərazidə qoyun otaran Şamaxı sakinləri - Vaqif Gərayev və Tural Abdullayevi ildırım vurub. Hər iki şəxs Neftçala rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.