logo

"BP" şirkəti  “Şəfəq-Asiman” layihəsinə dair ictimaiyyətlə görüş keçirəcək

17:15 10-09-2019 | icon 224
"BP" şirkəti  “Şəfəq-Asiman” layihəsinə dair ictimaiyyətlə görüş keçirəcək

BP “Şəfəq-Asiman” üzrə kəşfiyyat qazma layihəsinin ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirinin qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçirəcək.

 YeniAvropa  “BP Azerbaijan”a istinadla xəbər verir ki, bütün maraqlı tərəflər bu görüşdə iştiraka dəvət edilir. Görüş sentyabrın 11-də “Holiday Inn” mehmanxanasında saat 10:00-dan 12:00-dək keçiriləcək. Görüşdə sənəd haqqında təqdimatlar olacaq, auditoriyanın sualları və şərhləri ətrafında müzakirələr aparılacaq.

Sənədin tam versiyası və qısa xülasəsi (Azərbaycan və ingilis dillərində) BP-nin veb-saytında yerləşdirilib. BP bütün maraqlananları ƏMSSTQ sənədinin layihə variantı ilə bağlı şərh və rəylər təqdim etməyə dəvət edir. Şərhlər görüş ərzində “www.bp.com/caspian” veb-saytına daxil olmaqla və ya “[email protected]” elektron ünvanına məktub göndərməklə təqdim edilə bilər.

Qeyd edək ki, BP “Şəfəq-Asiman” üzrə hasilatın pay bölgüsü haqqında sazişin operatorudur.