logo

Bu gün bir neçə rayonda qaz olmayacaq

10:11 09-09-2019 | icon 2898
Bu gün bir neçə rayonda qaz olmayacaq

Sentyabrın 9-da saat 09:00-dan Qaradağ rayonu, Qobustan qəsəbəsində bir qrup istehlakçının təbii qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən  YeniAvropa-ya bildirilib ki, bu müddət ərzində qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq.

Saat 10:00-dan orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonunun Zabrat qəsəbəsində, təmir bərpa işlərinin yerinə yetirilməsi ilə əlaqədar isə saat 10:00-dan 16:00-dək Qazax rayonunun bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılacaq. Saat 10:00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsi də təmir işləri həyata keçirdiyindən Xətai rayonunun bir neçə prospekt və küçələrində qaz fasilələrlə veriləcək.