logo

İlham Əliyev AzTV-yə yeni sədr təyin etdi

10:55 04-09-2019 | icon 273
İlham Əliyev AzTV-yə yeni sədr təyin etdi

Prezident İlham Əliyev sentyabrın 4-də “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr təyin edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Sərəncamda deyilir: 

"Rövşən Raqif oğlu Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilsin".

Prezidentin imzaladığı digər bir sərəncamla isə Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilib.