Narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz dəmir yolu stansiyasının ərazisində Ləcət kənd sakini, əvvəllər məhkum olunmuş V.Həsənova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.