Su polisi 4 kq narkotik vasitə aşkarladı
Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin alqı-satqısı və qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Su Nəqliyyatında Polis İdarəsindən YeniAvropa-ya bildirilib ki, idarənin Lənkəran Xətt Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat zamanı əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci (oğurluq,yəni özgənin əmlakını gizli olaraq talamaq) maddəsi ilə məhkum olunmuş Lənkəran şəhər sakini Elman Abdullayev Sütəmirdov çayının Xəzər dənizinə tökülən hissəsində polislər tərəfindən tutulub. E.Abdullayevin Polis İdarəsində üzərində şəxsi axtarış aparılan zaman onun əlindəki sellofan torbadan ümumi çəkisi 4 kiloqram 260 qram olan yüksək təsiredici xassəyə malik narkotik vasitəsi olan tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.
Qeyd edək ki, E.Abdullayev tiryəki əldə edəndən sonra yaşadığı evə aparmayaraq, dəniz kənarında gizlədib. O, narkotik vasitənin başqalarının əlinə keçməməsi üçün mütəmadi olaraq yerini dəyişdirirmiş. Sonuncu dəfə E.Abdullayev tiryəkin yerini dəyişdirən zaman su polisləri tərəfindən saxlanılaraq istintaqa təqdim edilib: “Özüm də bunun istifadəçisiyəm. Evimdə saxlamırdım. Qorxurdum, buna görə gizlədirdim. Nə vaxt lazım oldu götürüb istifadə edirdim”.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır