logo

Həmyerlimiz Ukraynanın  dövlət ordeni ilə təltif edilib

11:59 24-08-2019 | icon 2590
Həmyerlimiz Ukraynanın  dövlət ordeni ilə təltif edilib

Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın xalq artisti Qurban Abbasov “Şərəf” ordeni ilə təltif edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Kiyev şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçko soydaşımızı paytaxtın beynəlxalq aləmdə tanıdılmasında, mədəni, sosial-iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə bu medala layiq görüb.

Q.Abbasov KİV-ə açıqlamasında bildirib ki, ona verilən qiymət, bütövlükdə Azərbaycan xalqına göstərilən diqqətin bariz nümunəsidir. “Azərbaycan ilə Ukrayna arasında mədəni əməkdaşlığın inkişafı üçün birgə layihələrimiz davam edəcək”, - deyə Q.Abbasov əlavə edib