logo

Qəbələdə meşə yanğınının söndürülməsinə helikopter və təyyarə cəlb edilib

19:17 23-08-2019 | icon 2653
Qəbələdə meşə yanğınının söndürülməsinə helikopter və təyyarə cəlb edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Qəbələ rayonunun Solquca kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki Müdafiə Qoşunlarının, Şimal-Qərb Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.