logo

Göyçayda evdən külli miqdarda pul oğurlanıb

15:49 23-08-2019 | icon 217
Göyçayda evdən külli miqdarda pul oğurlanıb

Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxsləri yaxalayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, avqustun 8-də Göyçay rayonunun Mırtı kəndindəki evlərin birindən 14,5 min manat pul oğurlamaqda şübhəli bilinən kənd sakini E.Abseyidov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

İyulun 22-də Bakı şəhər sakini B.Nərimanbəyliyə məxsus içərisində 700 manat və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.İsmayılov isə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.