logo

Əfqanıstanda partlayışda azı 11 nəfər ölüb

14:51 18-08-2019 | icon 2779
Əfqanıstanda partlayışda azı 11 nəfər ölüb

Əfqanıstanın Bəlx əyalətinin Daulat Abad rayonunda partlayış törədilib.

YeniAvropa "RİA Novosti" informasiya agentliyinə istinadla xəbər verir ki, yol kənarında quraşdırılmış bombanın partladılması nəticəsində azı 11-nəfər həyatını itirib.

Rayonun rəhbəri Məhəmməd Yusuf bildirib ki, nəqliyyat vasitəsinə yerləşdirilmiş bombanın işə salınması nəticəsində güclü partlayış baş verib. O, bəzi cəsədlərin tanınmaz hala düşdüyünü qeyd edib. Ölənlərdən 5-nin bir ailənin üzvü olduğu bildirilir.