logo

Yeni "Dopler"radarları ilə 4 saat öncədən dəqiq hava proqnozu vermək mümkün olacaq

17:11 16-08-2019 | icon 2905
Yeni "Dopler"radarları ilə 4 saat öncədən dəqiq hava proqnozu vermək mümkün olacaq

Azərbaycanda bu ilin sonunadək, dövlət investisiyası hesabına "Dopler" radarlar sisteminin tətbiqi planlaşdırılır, bu da 2-4 saat əvvəlcədən daha dəqiq qisamüddətli proqnozların verilməsi üçün imkan yaradacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, Xəzər dənizi üçün verilən proqnoz və xəbərdarlıqların əhəmiyyəti çox qiymətlidir. Xüsusən də Xəzərdə güclü fırtınaların son dövrlərdə bizi tez-tez sınağa çəkdiyi bir dövrdə bu, daha vacibdir.

"Yalnız sahələrarası düzgün əlaqələndirilmiş iş sayəsində, ola biləcək insan itkisinin qarşısını almaq mümkün olur. Bu ilin sonunadək dövlət investisiyası çərçivəsində dəniz stansiyalarının, o cümlədən 2020-ci ilin noyabrında özünün 70 illik yubileyini qeyd edəcək Neft Daşları stansiyasının avtomatlaşdırılması planlaşdırılır",-deyə Umayra Tağıyeva bildirib.