logo

Sabirabadda ağır avtoqəza:2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

10:11 15-08-2019 | icon 4046
Sabirabadda ağır avtoqəza:2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Sabirabadda ağır yol qəzası baş verib.

 YeniAvropa xəbər verir  ki, hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb. “QAZ 24” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Şirvan şəhər və Sabirabad rayon xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.