logo

Meşə yanğını Türkiyədə  80 hektarlıq sahəni külə döndərib

13:30 13-08-2019 | icon 2884
Meşə yanğını Türkiyədə  80 hektarlıq sahəni külə döndərib

Türkiyənin Balıkesir şəhərinin Marmara adasında avqustun 12-si günorta saatlarından etibarən başlayan meşə yanğınları 11 saat davam edən yanğınsöndürmə əməliyyatından sonra söndürülüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, yanğın nəticəsində 80 hektarlıq meşə sahəsi kül olub.

Yanğının yaşayış ərazilərinə çox yaxın bölgədə baş verməsi və güclü küləyin təsirindən böyüməsi yanğınsöndürənlərin işində çətinliklər yaradıb.

Son məlumata görə, hadisə nəticəsində iki ev və Türkiyənin jandarma qüvvələrinə aid bir neçə qərargah yanıb, 60 ev tamamilə boşaldılıb.

Yanğın nəticəsində dördü yanğınsöndürən olmaqla, 19 nəfər tüstüdən zəhərlənib. Çox sayda heyvan tələf olub.