logo

Azərbaycanda 1371 İran şirkəti fəaliyyət göstərir

17:51 11-08-2019 | icon 2996
Azərbaycanda 1371 İran şirkəti fəaliyyət göstərir

Bu gün Azərbaycan bazarında 1371 İran müəssisəsi fəaliyyət göstərir. 

YeniAvropa yerli mətbuata istinadla  xəbər verir  ki, bu barədə İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd məlumat verib. Onun sözlərinə görə, cari ilin ilk 6 ayı ərzində İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 2,2 dəfə artıb.

Nazir bildirib ki, İran ilə Azərbaycan arasında iqtisadi sahədəki əlaqələr yüksələn xətt ilə inkişaf edir. Onun sözlərinə görə, qeyd olunan dövr ərzində ticarət dövriyyəsi ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən İran müəssisələrinin sayında da artım müşahidə edilib.

F.Dejpəsənd həmçinin, yaradılan birgə müəssisələrə də toxunub. Qeyd edib ki, Neftçaladakı avtomobil zavodu fəaliyyətini uğurla davam etdirir. Zavodun istehsal etdiyi maşınlar yerli və xarici bazarlara çıxarılır :"Bakı yaxınlığındakı Pirallahı qəsəbəsində əczaçılıq zavodunun tikintisi davam etdirilir və bu birgə müəssisə də uğurla fəaliyyət göstərəcək".

Nazir bildirib ki, iki qonşu və dost dövlətlər olan İran ilə Azərbaycan arasında nəqliyyat, enerji və kənd təsərrüfatı sahələrində də geniş əməkdaşlıq əlaqələri mövcuddur.