logo

Böyük Britaniya Azərbaycana 28 milyard dollar sərmayə yatırıb

11:15 10-08-2019 | icon 2821
Böyük Britaniya Azərbaycana 28 milyard dollar sərmayə yatırıb

Ölkəmizə 28 milyard dollar sərmayə yatırmış Böyük Britaniya Azərbaycanda ən böyük investordur.

 YeniAvropa xəbər verir  ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsi 87 faiz artıb, artım tendensiyası bu il də davam edir.

Nazir həmçinin qeyd edib ki, indiyədək Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən 440-dək Britaniya şirkəti qeydiyyatdan keçib.