logo

Qaradağda ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib

16:17 09-08-2019 | icon 3675
Qaradağda ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib

Qaradağ rayonunda ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa -ya bildiriblər ki, rayonun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Cəbrayılov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub.

Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində isə Neftçala rayon sakini Ə.Kərimovun idarə etdiyi “KIA” markalı avtomobillə Sabirabad rayon sakini Novruz Novruzov vurulub. Hər iki piyada hadisə yerində ölüb.

Faktlarla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.