logo

Xəzərdə zəlzələ baş verib

10:10 09-08-2019 | icon 2527
Xəzərdə zəlzələ baş verib

Avqustun 9-da Xəzər dənizində maqnitudası 3,1 olan zəlzələ baş verib.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 06:57-də qeydə alınıb.

Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.