logo

Balakən rayonunda zəlzələ olub

21:20 08-08-2019 | icon 2562
Balakən rayonunda zəlzələ olub

Avqustun 8-də Zaqatala stansiyasından 24 kilometr qərbdə - Balakən rayonu ərazisində 3 maqnituda gücündə zəlzələ baş verib.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 18:58-də qeydə alınıb.

Ocağı 5 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.