logo

Qəbələdə kənd toyunda qidadan 75 nəfər zəhərlənib

10:11 06-08-2019 | icon 2464
Qəbələdə kənd toyunda qidadan 75 nəfər zəhərlənib

Avqustun 5-də saat 18:30 radələrində Qəbələ rayonunun Zərgərli kəndindən rayon mərkəzi xəstəxanasına və müalicə diaqnostika mərkəzinə qida zəhərlənməsi əlamətləri ilə 75 nəfər kənd sakini tərəfindən müraciətlər daxil olub.

Rayon icra hakimiyyətindən YeniAvropa-ya  biildiriblər ki, zəhərlənmə halının rayonun Zərgərli kənd sakini Əsgərov Həsən Abdulla oğlunun həyətində keçirdiyi toy məclisində baş verdiyi məlum olub və hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

Müraciət etmiş vətəndaşlara hər iki səhiyyə ocağında ilkin tibbi yardım göstərilərək evə buraxılıb.