Gömrük Komitəsi iki ölkə arasında problem yaradır- Diaspor Təşkilatlarından İlham Əliyevə müraciət
Rusiyada yaşayan azərbaycanlı iş adamı Fizuli Məmmədov Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
YeniAvropa "afn.az"a istinadla xəbər verir ki,iş adamı müraciətində Dövlət Gömrük Komitəsinin fəaliyyətindən şikayətlənib.
O, surətini Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə, Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı müraciətdə bildirir:
"Hörmətli cənab prezident!
Rusiya Federasiyası Dağıstan Respublikasındakı Azərbaycan Diasporunun rəhbəri Rakif Əzizovun oğlu Rauf Əzizov Azərbaycan Respublikası Gömrük Komitəsi İstintaq İdarəsi tərəfindən saxlanıb və haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 228.1 maddələri ilə cinayət işi qaldırılıb. Cinayət işinə Qusar Rayon Məhkəməsində baxılır.
Əldə etdiyimiz informasiyaya görə, 2019-cu il fevralın 18-də Rusiya Federasiyası məsələ ilə bağlı Azərbaycan Respublikasına nota verərək Rusiya vətəndaşı Rauf Əzizovun hüquqlarının pozulmasına etirazını bildirib. Azərbaycan Gömrük Komitəsinin fəaliyyətinin iki ölkə arasında belə bir problem yaratdığından təəssüfümüzü ifadə edərək bildirmək istəyirik ki, baş verən olay Rusiyadakı Azərbaycan diasporu arasında böyük rezonans doğurub.
Yaranan durumu nəzərə alaraq sizdən xahiş edirik ki, işin obyektiv araşdırması üçün istintaq nəzarətinizə götürəsiniz.
Rauf Əzizov 10.12.2018-ci ildə həbs edilib, 31.07.2019-cu ildə aclıq aksiyasına başlayıb. Müdafiə tərəf iddia edir ki, Rauf Əzizova qarşı irəli sürülən ittihamın heç bir əsası yoxdur, bu səbəbdən Əzizov özünü sözügedən cinayətdə suçlu bilmir.
Sizə müraciət etməyimiz heç bir halda vətənimiz Azərbaycan Respublikasının məhkəmə sisteminin ədalətli olmasını şübhə altına almaq kimi qəbul edilməməlidir. Ümid edirik ki, məhkəmə işə obyektiv baxacaq və həqiqət qısa zamanda üzə çıxacaq.
Müraciəti aşağıdakı diaspor təşkilatları imzalayıb:
Dünya Azərbaycanlıları İttifaqının Koordinasiya Şurası
Dünya Azərbaycanlıları Mədəniyyət Fondu
Rusiya Azərbaycanlıları İttifaqı
Rusiyadakı Azərbaycan diaspor təşkilatları
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır