logo

Bakıda və Sumqayıtda küləyin sürəti  35-40 metr/saniyə olub

19:10 05-08-2019 | icon 2583
Bakıda və Sumqayıtda küləyin sürəti  35-40 metr/saniyə olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, avqustun 5-də səhərdən başlayaraq Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.

Departamentdən YeniAvropa-ya bildiriblər ki, külək Bakıda və Sumqayıtda 35-40, Qum adasında 34, Maştağada 35 , Pirallahıda 24, Çilov adası, Binə və Ələtdə 28, Zabratda 22, Neft Daşlarında 27 metr/saniyəyədək güclənib. Dənizdə dalğanın hündürlüyü 6,5 metrə çatıb.

Bölgələrə gəlincə, qərb küləyinin sürəti Naftalanda 34, Tərtərdə 32, Neftçalada 30, Bərdə, Zərdab, Tovuzda 22, Yevlax, Nabran, Gəncədə 20, Mingəçevirdə 19, Ağdam, Ağstafa, Xaçmazda 18 metr/saniyəyə bərabər olub.