Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir
İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İrana səfər edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirib. İran İslam Respublikasının prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi, İqtisadi İşlər və Maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd, Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami, Sənaye, Mədən və Ticarət naziri Reza Rəhmani ilə keçirilən görüşlərdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin siyasi iradəsi və dostluq münasibətlərinin ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı vurğulanıb, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əlaqələrin inkişafında önəmi qeyd edilib. Bildirilib ki, ikitərəfli əlaqələrdə xalqlarımızın ortaq dinə, mədəniyyətə və adət-ənənələrə malik olması da əhəmiyyətli rol oynayır.
Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında əməkdaşlığın möhkəm müqavilə-hüquq bazası yaradılıb, Azərbaycan və İran arasında ticarət dövriyyəsi artır, nəqliyyat, energetika, yükdaşımalar, sənaye, səhiyyə, kənd təsərrüfatı, İKT, turizm, humanitar və sair sahələrdə əməkdaşlıq inkişaf edir, əlaqələrin daha da genişləndirilməsi üçün potensial böyükdür.
Azərbaycanda əlverişli biznes mühitindən yararlanaraq bir sıra sahələrdə, o cümlədən sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində İran şirkətlərinin fəallığı artır.
Ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit əməkdaşlığıdır və bu sahədə mühüm işlər görülüb. Tarixi əhəmiyyətə malik “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində önəmli tədbirlər həyata keçirilib. Qeyd olunub ki, nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi daşınan yüklərin həcminin artırılmasını təmin etməklə, Azərbaycan və İranın nəqliyyat-tranzit və ticarət-iqtisadi potensialının gücləndirilməsinə töhfə verir. Bununla yanaşı, iki ölkə arasında tranzit əməliyyatlarının tam elektronlaşdırılmasını nəzərdə tutan “e-TIR” pilot layihəsinin tətbiqinə başlanılıb, sərhəd-keçid məntəqələrində iş rejiminin artırılması təmin olunub
İqtisadi əlaqələrin inkişafında digər sahələrlə yanaşı, sənaye mühüm rol oynayır. Azərbaycan və İran arasında maşınqayırma, əczaçılıq, qida sahələrində birgə layihələrin reallaşdırılması istiqamətində işlər görülür. Azərbaycanda İran Klinikası fəaliyyət göstərir.
Görüşlərdə nəqliyyat, iqtisadi-ticarət, energetika, sənaye, kənd təsərrüfatı, səhiyyə, İKT, turizm, humanitar, xidmət və sair sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətləri, o cümlədən birgə müəssisələrin yaradılması barədə fikir mübadiləsi aparılıb.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır